Ana səhifə / Media / “Sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”

“Sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”

“İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.  Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.

Ə.Əhmədov vurğulayıb ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: “İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünü müdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır, xoşagəlməyən halın yaranmasına səbəb olur. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hallar eybəcər formada edilir”. 

Ə.Əhmədov bildirib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan bunun qarşısını almaq üçün cəhdlər edilir: 

“Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar mövcuddur, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bütün bunların qarşısını almaq üçün müzakirələr aparmaq, yollar axtarmaq lazımdır ki, bu eybəcərliklərin qaşısını alınsın. Hətta bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …