Bu gün APA Media Holdinqin yaranmasından 13 il keçir. Kollektiv bu günü bayram kimi qeyd edir. Sosial şəbəkələrdə paylaşılan fotolardan görünür ki, bir çox dövlət və özəl qurumlar KİV-in doğum günü ilə bağlı APA-nın redaksiyasında olub, Holdinq rəhbərliyini əlamətdar tarix münasibətilə təbrik edərək, kollektivə hədiyyələrini veriblər. APA-nı ziyarət edən qonaqların paylaşdığı fotolar sırasında bir foto daha çox diqqət çəkdi. Sosial şəbəkə istifadəçiləri, xüsusilə də media cameəsinin təəccübünə səbəb olan həmin fotoda, APA-nı ziyarət edən qonaq qismində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı yer alırdı.
Təəccübə səbəb olan fotodakı üçüncü şəxs isə ev sahibi kimi qonaqları qəbul edən Vüsalə Mahirqızı idi. Maraqlıdır ki, paylaşılan məlum fotoya bir çox jurnalistlər hətta “günün fotosu” adını belə veriblər. Məlum fotonun təəccüblə qarşılanmasına səbəb olan detal hamıya olmasa da, bizə bəllidir. Çünki bu iki xanım jurnalist – Vüsalə Mahirqızı ilə Aynur Camalqızının münasibətləri uzun müddətdir ki, ürəkaçan səviyyədə olmayıb. Hətta onların bir-birilə küsülü olduqları da söylənilirdi. Görünür Rauf Arifoğlu çox nəcib bir təşəbbüsə imza ataraq , iki küsülü jurnalist xanımı barışdırmaq missiyasını üzərinə götürüb və bu işin öhdəsindən gəlməyi bacarıb. Necə deyərlər, əsl Hacıya yaraşan hərəkət edib. Allah mehriban eləsin!
Azinforum.az olaraq biz də APA-dakı həmkarlarımızı 13 yaşalarının tamam olamsı münasibətilə təbrik edirik.
Çinarə SEYİDOVA
Azinforum.az