Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qar və duman Muğanlı-İsmayıllı yolunda hərəkəti məhdudlaşdırıb

Qar və duman Muğanlı-İsmayıllı yolunda hərəkəti məhdudlaşdırıb

Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
APA-nın yerli bürosunun xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb. Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq “İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti  qismən bərpa olunub.
Hazırda dumanlı hava şəraitinin davam etməsi nəticəsində Muğanlı-İsmayıllı yolunda avtomobillərin sürücüləri üçün  çətinliklər yaranıb. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.
Qeyd edək ki, ötən gecə İsmayıllı rayonuna 20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 santimetr hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın