Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Pedaqoji Universitet şəhərdən köçürüləcək

Pedaqoji Universitet şəhərdən köçürüləcək

“Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin yeni kampusunun tikilməsi üçün hazırlıq işləri artıq başlanıb”.Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində yeni kampusun tikintisinə bir il bundan əvvəl başlanılıb:
“Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də gələcəyin müəllimləri bu universitetdə yetişir. Ona görə məhz bu universitetdən başladıq”.
Nazir yeni təhsil strategiyası haqda da danışıb və orada yay düşərgələrinin təşkili məsələsinin nəzərdə tutulduğunu da deyib. O, qeyd edib ki, nazirliyin tabeliyində yay düşərgələri yoxdur:
“Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz “Azərbaycanımızı tanıyaq” kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın