Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Özəl kanallar Azərbaycan xalqını əfqan xalqına döndərib – DEPUTAT

Özəl kanallar Azərbaycan xalqını əfqan xalqına döndərib – DEPUTAT

Bizim teatrların çoxuna gedirəm. Yaxşı dramaturqlarımız da var, gözəl də pyeslər qoyulur, səhnələşdirilir. Gedin “Azdrama”nın, ya operanın afişasına baxın.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-publisist Aqil Abbasdeyib.

“Düzdür, operada əsasən köhnələri qoyulur, təzə operalar az yazılır. Baleti də, axırıncı yazan deyəsən Polad Bülbüloğlu olub”, – deyən, yazıçının sözlərinə görə, əslində bu gün ciddi tamaşaçı, izləyici problemi yaşanmır.

“Gənc Tamaşaçılarda və digər teatrlarda tamaşalar var və müəyyən qədər tamaşaçı gəlir. Sadəcə, indi insanların əlində telefon, nə bilim nə, informasiya mənbələri və sairə çoxdur. Ona görə də kinoya az gedirlər. Çünki istədiyi kinoya internetdən açıb baxır, pul da vermir. Eyni zamanda, zövqlərin korlanması da iki yüz faizdir. Bu məsələ də var.

Yəni, bu yöndəki iradlarla, fikirlərlə də razılaşıram. Azərbaycanın özəl kanalları, qurban olduqlarım, çox təəssüflər olsun ki, Azərbaycan xalqını əfqan xalqına döndərib”, – deyə, A. Abbas sözlərinə əlavə edib.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …