Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Manşet / Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar

Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar

Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında  aparılan təmizləmə  işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb. Jurnalist həmin yazıda  şəxsən özünün də hazırda barələrində araşdırılma aparılan şəbəkənin şantajlarına tuş gəldiyini və ciddi zərər çəkdiyini təkzibolunmaz faktlarla sübuta yetirir, həmçinin  məlum şəbəkə barədə ətraflı bilgilər verir. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

Foto-Məhəmmədəli Qəribli

Yenidən heç də xoşlamadığım bir mözüya qayıtmalı oldum. Görürəm ki, bir neçə aydır məni hədəfə alan, təhqir edən, hətta səhətimə ağır zərbə vuran “jurnalistlər” və onlara havadarlıq edənlərdən ibarət olan şəbəkə sakitləşmək istəmir. Artıq onlara sivil yollarla mübarizə aparmaq mümkünsüz hala çevrilib. “Feysbuk” səhifəmdə yazdıqlarım durur, istəyən baxa bilər. Onların mütəşəkkil bir dəstə olduğunu dəfələrlə yazmışam. Çünki analiz etmə, əldə etdiyim informasiyaları təhlil edib doğru rəyə gəlmək mənim üçün elə də çətin deyil. Yəqin təxmin etdiniz ki, söhbət indiyə kimi ciddi jurnalist cameəsində adı tanınmayan və yalnız mənimlə məqsədli və təşkil olunmuş şəkildə, başqalarının təhriki ilə qalmaqala soxuşdurulan, bununda nəticəsində iç üzü tam açılan demokratik.az saytının Baş redaktoru Osman Nərimanoğlundan gedir.

Elə məsələlər var ki, doğrudan da həyatın axarına buraxmaq lazımdır. Zaman keçdikcə bütün qaranlıq məqamlara aydınlıq gəlir. Mənimlə bağlı yaşananlarda bəzi qaranlıq məqamların isə üzərinə çox qısa zamanda işıq saçıldı. Amma yenə abırıma qısılıb, “kəmsürsətlik etdi” kimi qınaqlara tuş gəlməmək üçün, bir qədər səbr etdim. Yazmamaq qərarına gəldim. Dünən Osman Nərimanoğlunun jurnalist rəzilliyinin son nümunəsi olan özü-özündən götürdüyü müsahibə ilə tanış olmasaydım bu tandem barədə bəlkə də yazmayacaqdım. Amma görürəm ki, Osman Nərimanoğlu ölkənin xüsusi xidmət orqanlarının apardığı  mühüm bir araşdırmaya öz yazı isə ilə ipucu verib. Əgər o, bu prosesə kömək olmaq istəyirsə, mən niyə susmalıyam?

(Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: http://demokratik.az/xeberler/musahibe/18119-metbuat-shurasi-ve-adamlari-meni-hebsle-tehdd-etmekdense…-osman-nerimanoglu-ile-shok-musahbe.html

Geçim əsas mətləbə. Deməli, bu ilin avqust ayında mənə bir zəng gəldi. Zəng edən adam bildirdi ki, mənim “Feysbuk” səhifəmdə çox təhlükəli bir xəbər paylaşılıb. Dərhal səhifəmə girdim və gördüm ki, hazırda DTX-nın reketlik ittihamı ilə həbs etdiyi reallıq.info saytının baş redaktoru İkram Rafiqoğlunun yazdığı yazıda adım işarələndiyi üçün, paylaşım mənim də səhifəmə düşüb. İkram Rafiqoğlunun yazdığı həmin yazının təxmini məzmunu beləydi ki, o, Kəmaləddin Heydərov və jurnalist Aynur Camalqızının fotolarını paylaşaraq onları Rusiyaya işləməkdə və açıq mətnlə Vətənə xəyanətdə ittiham edirdi.

( Həmin paylaşımla bu linkdən tanış ola bilərsiniz: http://<iframe src=”https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3D747987852204441%26id%3D100009796995936&width=500″ width=”500″ height=”529″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowTransparency=”true” allow=”encrypted-media”></iframe>)

 

Həmin ana kimi real həyatda bir dəfə də olsun üzünü görmədiyim, yaxından tanımadığım bir adam olan İkramın adımı niyə belə böhtan və cinayət məsuliyyətinə səbəb ola biləcək bir yazıda işarələməsi məndə təəccüb yaratdı.
Paylaşımı səhifəmdən sildim və yazdığım rəydə belə yazı üslubunu jurnalistə yaraşdırmadığımı qeyd etdim. Hətta bildirdim ki, Vətənə xəyanət çox ağır ittihamdır və yazıda təhqirə, böhtana məruz qalanlardan biri müəllifi məhkəməyə versə, yazan adam bunu sübuta yetirə bilməyəcək. Elə həmin şərhə görə də, İkram Rafiqoğlu ilə aramızda bərk mübahisə yarandı və nəticədə o, məni bloka saldı. Telefon nömrəsini tapıb, ona zəng etdim. Görüşüb məsələni aydınlaşdırmaq qərarına gəldik. Həmin görüşdə gördüm ki, sən demə, İkram mənim jurnalist fəaliyyətimi ciddi izləyirmiş və oradakı bəzi məqamlar onu heç də qane etmirmiş. Bir müddət əvvəl mənim Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barədə yazdığım tənqidi yazıya ciddi iradını bildirdi. Sonra dedi ki, güya mən Kəmaləddin Heydərovla Aynur Camalqızını jurnalist xanımın həyat yoldaşı İlqarla dost olduğuma görə müdafiə edirəm.

Foto-Mehman Əliyev

Tam səmimiyyətilə deyirəm ki, mən hələ indiyə kimi İlqar deyilən şəxsi real həyatda bir dəfə də olsun görməmişəm və onunla heç bir münasibətim də olmayıb. İkrama səhv yolda olduğunu anlatdıqdan sonra onunla ayrıldım. Elə həmin gündən başlayaraq, əvvəllər tanımadığım və aramızda heç bir qalmaqalın, mübahisənin yaşanmadığı Osman Nərimanoğlu rəhbərlik etdiyi saytda məni ən sərt formada təhqir etməyə başladı. Həmin iyrənc kampaniya bu günə kimi də davam edir. Əvvəl ünvansız bir yazı yazdı. Sonra mənə müxtəlif yerlərdən çatdırdılar ki, İkram jurnalistlərin arasında Osmanın yazdıqlarının mənə aid olduğunu deyir və mənim qorxduğum səbəbindən cavab vermədiyimə dair şaiələr buraxır. Hətta bu barədə xüsusi bir status da yazmışdı. İkramın həbsindən sonra yaşananlar mənə bir çox detalları daha da aydın göstərmiş oldu.

Foto-Osman Nərimanoğlu

Onun həbs təhlükəsində sığortalanmaq üçün ilk seçdiyi ünvan və ağuşuna qaçdığı adam məhz Mehman Əliyev olduğundan, bir çox təxminlərim də özünü doğrultdu. Çox maraqlıdır ki, Osman Nərimanoğlu yazdığı yazıda açıq mətnlə onun müdafiəsinə qalxıb, hətta İkram və reket media ilə bağlı televiziyalarda ictimai müzakirələr aparan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvlərini belə mövqe tutduqlarına görə təhqir belə edir. Həmin yazıya baxın və anliz edin, görək bu adam belə gücü, cəsarəti hardan alır ki, reket media ilə mübarizə aparanlara açıq meydan oxuyur, onları şantaj və təhqir edir…
Mənimlə bağlı yaşanan təhqir kampaniyasında İkramın əlinin olduğu birmənalıdır. Hətta mənim əsəbləşərək xəstəxanaya düşdüyümə səbəb olan son telefon zəngini də məhz o edib. Həmin vaxt Osmanla mənim aramda “konfrans” danışıq yaratmışdı, yəni onun vasitəçiliyi ilə üçümüz  eyni anda danışırdıq.

O, bunu güya barışıq addımları atdığı imitasiyası adı altında edirdi. Həmin vaxt gedən ictimai müzakirələrdə Osmanı yox, məni dəstəkləyən bəzi jurnalistlərə İkramın zəng edərək iradlar bildirdiyi, hətta ünvanıma ağır söyüşlərin söydüyünə dair telefon danışıqlarının yazısı da mövcuddur. Yəqin ki, əlaqədar qurumların əlində Osmanla İkramın arasında hansı tellerlə bağlılığın, hansı istiqamətlərdə birgə fəaliyyətin olub-olmadığını sübut etmək elə də çətin deyil. Sağ olsun, heç Osman Nərimanoğlunun özü də özündən gütürdüyü müsahibədə İkramla yaxın dost olduğunu inkar etmir. Düzdür, o bunu paylaşılan bir şəkil kontekstindən qiymətləndirərək, diqqəti əsas məslədən yayındırmağa çalışsa da, arqumentləri məntisiz görünür. Barəmdə yaşanalardan tam məsuliyyətilə deyirəm ki, Osmanla İkramı yalnız o şəkil birləşdirmir. Qalanını qoy əlaqədar qurumlar araşdırsın.

Foto-Osman Nərimanoğlunun İkramla dostluğunu etiraf edən fikirləri

Maraqlır ki, Osman Nərimanoğlu məhz İkram Rafiqoğlunun həbsindən sonra tez-tez həbs edilə biləcəyindən yazır. Hətta bu fikiri yazısının başlığına belə çıxarır. Niyə əvvəllər onun belə fikirlərinə rast gəlinmirdi? Nədəndi bu əndişə? Hər halda, nədən ehtiyatlandığını özü yaxşı bilir və çox gözəl olar ki, əlaqədar qurumlar ölkədə reket mətbutala apardıqları mübarizə kontekstində bu xüsusi detala da fikir versinlər. Reket KİV deyəndə Osman Nərimanoğlunun adını ora görə ora yaxın çəkirəm ki, artıq ötən ay ərzində Mətbuat Şurasının iki dəfə müxatəlif şikayətlər əsasında ona etdiyi sərt xəbərdarlıqdan nəticə çıxarmadığına görə, qurumun İdarə Heyəti onun məsələsini MŞ-nın Reket Komissiyasında araşdırmaq barədə qərar qəbul edib. Osman Nərimanoğlu özü- özündən götürdüyü və öz saytında dərc etdiyi müsahibəsində yaşadığı Göygöl rayonunda ondan şikayət edən bir idarə müdirindən də yazır.

Yazının mahiyyətindən belə aydın olur ki, sən demə, İlqar adlı həmin idarə müdiri bunun pul tələbi ilə etdiyi şantajları videoya çəkib, indi də “jurnalistin” əlindən bezdiyindən ondan hələ ki, Mətbuat Şurası səviyyəsində şikayət edir. Ancaq hesab edirəm ki, Mətbuat Şurası da Osman Nərimanoğlu ilə bağlı böyük humanistliyə yol verir. İstər mənimlə, isərsə də sözügedən idarə müdiri ilə bağlı kifayət qədər cinayət tərkibli əməllərin törədildiyinə sübut varsa, Osmanla bağlı araşdırmanın aparılması xüsusi tövsiyyə ilə hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilməlidir. Görünən budur ki, həmin adam Mətbuat Şurasının ictimai qınaq nöqteyi nəzərindən çıxardığı hər bir qəradan sonra, öz saytında yazı yazaraq həmin qərarları: represiv, qərəzli, sifarişli adlandırır. Bu səbəbdən də, belə əxlaqda olan və jurnalistikaya hardansa soxulan şəxslə mütləq hüququn dili ilə danışmaq zərurəti ortaya çıxır.

Foto-Osman Nərimanoğlu ölkənin simvollarının təhqir olunduğu verilişin qonağıdır

Qeyd edim ki, bu adam kimisə şantaj etmək məqsədilə bir il əvvəl yazdığı yazıları belə saytının görünən yerində saxlayır. Şəxsən mənimlə bağlı onun saytında aylar əvvəl gedən yazıların hamısı məqsədli şəkildə cəzbedici  yerdən götürülmür. Bilirəm ki, onsuz da onun saytını oxuyan yoxdur və bu məni qəti narahat etmir. Amma bu amil həmin adamın jurnalist əxlaqına qiymət verilməsi baxımından çox önəmli sayıla bilər. Mən onu barəmdə yazdığı təhqirlərlə bağlı Şərəf və Ləyaqətin Müdafisəi və Xüsusi İttiham qaydasında Yasamal rayon Məhkəməsinə şikayət vermişəm. Osman Nərimanoğlu birinci prosesdə barışıq üçün vaxt istədi və gedib yenə öz çirkin əməllərini davam etdirdi. Əslində, mən ondan küsməmişəm ki, də barışam. Bu səbəbdən də əməllərinə hüquqi qiymətin verilməsini tələb edirəm və sona qədər də edəcəm. Məhkəmədə Osman Nərimanoğlunun başqa bir saxtakarlığı da üzə çıxdı.

O, öz saytında hüquqi ünvan kimi Yasamal rayonunda yerləşən Azərbaycan Nəşriyyatını göstərib. Bu səbəbdən də biz şikayəti məhz Yasamal rayon Məhkəməsinə ünvanlamışıq. İndi məsuliyyətdən yayınmaq üçün, hüquqi ünvanının düz göstərilmədiyini bəhanə edərək, işə yaşadığı Göygöl rayon məhkəməsində baxılmasını istəyir. Narahatlığa əsas yoxdur. Dünyanın harasında olsa belə, mən öz haqqımı qoruyacam və jurnalist adı arxasında gizlənən həmin adama layiqli cəzanın verilməsinə nail olacam.
Osman Nərimanoğlu yazısında MŞ-nın icra kaibi olan Şəmsəddin Əliyev barədə də yazır ki, güya ikinci onun atasını təhqir edib. Eyni ittihamla mənimlə də bağlı özünə şər atırdı. Osmanın atasının adı Nəriman kişidir. Dediyinə görə, allahın rəhmətinə qovuşub. Allah rəhmət eləsin! İndi mən Osmandan xahiş edirəm istər mənim, istərsə də Şəmsəddin müəllimin konkret olaraq, onun atası Rzayev Nərimanla bağlı yazdığımız hər hansı bir təhqiri ortaya qoysun. Əminəm ki, yoxdur belə hal. Yəni insan nə qədər cılız ola bilər ki, öz qanunsuz mübarizəsinə rəhmətə getmiş doğmalarının ruhunu da qatsın.

Tanıyanlar gözəl bilir ki, Osman Nərimanoğlu yazı yaza bilmir. Mətbuat Şurası buna əmin olmaq itəyirsə, ona bir inşa yazdırsın və deyilənlərin həqiqət olduğu üzə çıxacaq. Çünki bu adamın yazdığı savadsız statuslarla, saytına sifarişlə qoyduğu və bütün jurnalist cameəsinin nüfuzlu şəxslərini təhqir edən məqalələrin yazılmasındakı üslub, qrammatika baxımından ciddi təzad mövcuddur. Bugünlərdə Osman Nərimanoğlunun özü də belə bir etirafı edib.

(http://azinforum.az/…/xanim-jurnalisti-kuc%C9%99-soyusl%C9…/)

Foto-Arifə Əliyeva

Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva mediaya açıqlamasında bildirib ki, onun ünvanına Osman Nərimanoğlunun işlətdiyi profildən söyşlər yağdırılıb. Osman Nərimanoğlu jurnalis xanıma etirafı belə olub: “Məhəmmədəli Qəribli ilə aramızda qalmaqla yaşananda, mən profilimin parolunu başqa adama vermişdim, onlar mənim əvəzimdən yazılar yazırdılar. Söyüşü sənə həmin adamlar göndərib”.

Xanım jurnalistlə yaşanan qalmaqlaın fonunda Osman Nərimanoğlu sələnən iddiaları təkzib etməyib və profilindən edilən təhqirə görə üzrhaqlıq edib. Ən maraqlısı budur, Osman Nərimanoğlunun profilini onunla şərik kim işlədib? Həmin profil vasitəsilə daha kimlər təhqir və şantaj olunub? Yəqin ki, hazırda reket jurnalistika ilə mübarizə çərçivəsində araşdırma aparan əlaqədar qurumlar məhz bu məqamları araşdırsalar Osman Nərimanoğlunun hansı şəbəkə ilə əlbir olduğunu üzə çıxara bilərlər.

Foto-Osmanla İkramın birgə hərəkət etdiyini sübut edən daha bir dəlil

Qeyd edim ki, Osman Nərimoğlu Azərbaycanın qocaman və tanınmış əməkdar jurnalstlərindən olan, Əhməd İsayevin də şərəf və ləyaqətini rəhbərlik etditi sayta “Əhməd haradadır?” başlıqlı yazı ilə təhqir etdiyi səbəbindən onun barəsində Göygöl rayon Məhkəməsinə şikayət edilib. Bu iş üzrə bir neçə məhkəmə prosesi olub, şikayət edilən yazıya qiymət vermək üçün linqvistik ekspertiza təyin edilib. Ekspertizanın cavabından sonra, Osmanla bağlı daha bir məhkəmə qərarı qüvvəyə minəcək.

Foto-Osmanın təhqir etdiyi əməkdr jurnalist Əhməd İsayev

Hesab edirəm ki, öz azğın fəaliyyətilə Azərbaycan mediasının adını ləkəlyən bu adamı durdurmağı vaxtı tam yetişib…

P.S. Məlum şəbəkənin digər  üzvləri və əməlləri haqda ətraflı məlumat veriləcək.

Məhəmmədəli QƏRİBLİ

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb – FOTO

Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi …