Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Öldürülən jurnalistin son sözləri: “Boğuluram, kisəni başımdan çıxarın”

Öldürülən jurnalistin son sözləri: “Boğuluram, kisəni başımdan çıxarın”

“Al-Jazeera” telekanalı Səudiyyə Ərəbistanının Türkiyədəki Baş Konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının son sözlərini yayımlayıb.

Bu barədə telekanala Türkiyənin “Daily Sabah” qəzetinin əməkdaşı Nazif Karaman danışıb.

Onun sözlərinə görə, Camal Qaşıqçının sözləri səs yazısında eişidilir və bu, onun öldürüldüyünün dəlilidir.

“Boğuluram… Bu kisəni başımdan çıxarın, məndə klaustrofobiya var” — jurnalistin son sözləri belə olub.

Nazif Karamanın sözlərinə görə, səsyazısından eşidilir ki, səudiyyəli jurnalisti təxminən 7 dəqiqəyə öldürüblər. O əlavə edib ki, “Daily Sabah” qəzeti yaxın vaxtlarda Camal Qaşıqçının həyatının son dəqiqələrini özündə əks etdirən səs yazısının bəzi hissələrini yayımlayacaq.

Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Camal Qaşıqçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb. (Sputnik)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …