Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir…

Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir…

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu gün bəzi xəbər saytlarında Neftçala Rayon Polis Şöbəsinin rəisi barədə geetmiş məlumatla bağlı Moderator.az-a açıqlama verib:

“Bu gün bəzi xəbər saytlarında Neftçala Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndiyevin guya özünə balıq vətəgəsi düzəltməsi barədə hansısa rayon sakininə istinadən verdiyi xəbərlər əslində qərəzli və böhtan xarakterlidir. KİV haqqında qanunun bir sıra maddələrinə və jurnalistlərin peşə etik davranış qaydalarına görə hər hansı xəbəri ictimailəşdirməzdən öncə onu bir neçə etibarlı mənbədən təsdiq olunması tələb olunur. Üstəlik söhbət hansısa dövlət qurumundan və onun rəhbərindən gedirsə bu zaman əldə edilmiş məlumat həmin qurumun mətbuat xidməti tərəfindən dəqiqləşdirilməlidir. Xəbər saytının əməkdaşı və rəhbəri jurnalistikanın bu qızıl qaydasına əməl etməyə borcludur. Təəssüf edirəm ki, indiki halda bəzi saytlar, xüsusən də “Report” İnformasiya Agentliyi heç bir dəqiqləşdirmə aparmadan, xəbərin mənbəyini dəqiq araşdırmadan, DİN mətbuat xidmətinə müraciət edib münasibət öyrənmədən heç bir əsası olmayan böhtan xarakterli məlumatı hansısa naməlum “etibarlı mənbə” adı ilə ictimailəşdirərək Neftçala Polis Şöbəsi və onun rəisi haqqında böhtan xarakterli məlumatları ictimailəşdirmişdir. Bununla da həmin sayt rəhbərliyi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qabaqcadan bilərəkdən böhtan xarakterli məlumatlar yaymaqla həmin qurumun işgüzar nüfuzuna xələl gətirmişdir. Bildirmək istəyirəm ki, bu məlumatı yayan saytlar barədə də hüquqi müstəvidə tədbirlər görüləcək və xüsusən də Neftçala Rayon Polis Şöbəsi həmin xəbəri ictimai rəyə təqdim edən saytı məhkəməyə verəcək. Polis rəisinin özü xüsusi ittiham qaydasında həmin saytla bağlı məhkəməyə müraciət edəcək”.
Orxan Mansuzrzadənin sözlərinə görə, adıçəkilən sayt gün ərzində Neftçala Polis Şöbəsi haqqında daha bir böhtan xarakterli məlumat yayıb və bununla da ortada aşkar qərəzə və böhtanla məşğul olduğunu isbatlayıb:
“Günün birinci yarısında həmin saytın yaydığı xəbərdə deyilirdi ki, guya Neftçala Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi üçün 2015-ci ildən pul ayrılsa da heç bir iş görülməyib və əvvəlki rəisin həmin vəsaitin hara xərclənmdiyi bilinmir. Biz həmin məlumatı təkzib edərək bildirdik ki, bu məlumat da tamamilə əsassız və yalandır. Çünki həmin polis şöbəsi üçün deyildiyi kimi hər hansı maliyyə ayrılmayıb. Üstündən bir neçə saat kerçdikdən sonra həmin polis şöbəsi haqqında ikinci və təxribat xarakterli xəbərin tirajlanması ortada hansısa qərəzin vəsifarişin olduğunu göstərir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …