Cümə , Yanvar 18 2019
Ana səhifə / Media / MTRŞ “Türkel TV”-nin lisenziyasını ləğv edib

MTRŞ “Türkel TV”-nin lisenziyasını ləğv edib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan “Report”a verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə…

Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı dərc edilən tənqidi yazıya görə, 3 gündür hədə-qorxu, …