AzNews.az xəbər verir ki, veriliş “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə yayımlanıb.

Verlişdə diaspora sədr müavini və Aynu Şəms universitetinin Azərbaycan dili müəlliməsiSədaqət Səmədova, diaspora fəalı və əl-Əzhər universitetinin Azərbaycan dili müəlliməsiİnarə Osmanova və övladları Sandi Səlim Şeyxəli Nəsirov iştirak etmişlər. Verlişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra, iştirakçılar Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrindən, Azərbaycanın tarixi, coğrafıyası, mədəniyyəti, Ramazan ayının Azərbaycanda hansı şəkildə qeyd olunması və turizm potensialından geniş söhbət açıblar.

Eyni zamanda, Azərbaycan mətbəxinin ləziz təamları, milli geyimi təqdim olunub. Verlişin sonunda uşaqlar Sarı gəlin və dahi şairimiz Səməd Vurğunun Azərbaycan şerini oxuyub, ərəb dilinə tərcümə ediblər.