Bazar , Fevral 17 2019
Ana səhifə / Media / Mehman Hüseynov sabah dəfnə gətiriləcək

Mehman Hüseynov sabah dəfnə gətiriləcək

Musavat.com Mehman və Emin Hüseynovların anası Firəngiz xanımın dəfni ilə bağlı bəzi detalları öyrənib.
Jurnalist Seymur Kazımov bildirib ki, Mehman Hüseynovun anasının nəşi sabah 7 avqust saat 11:00-da Qaraçuxur qəsəbəsində F.Kərimzadə küç. ev33/1-dən götürüləcək və Suraxanı məzarlığında dəfn ediləcək.
Hüzr məclisi sabah dəfindən sonra (saat 11:00-da qadınlar və 14:00-da kişilər üçün) Qaraçuxur qəsəbəsi Əhməd Mehralıyev küç 27/31 ünvanındakı mərasim evində keçiriləcək.
Penitensiar Xidmətin əməkdaşları Mehmanı bu gün saat 22:00-da həbsxanaya aparıb və sabah 09:00-da dəfnə gətirəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Müşviq Ələsgərli: “Onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb”

“Onlayn medianın özünün maliyyə mənbələri olmalıdır. Mövcud reklam bazar şəraitində bizdə olan böyük həcmli onlayn …