Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Mehman Hüseynov şərti azadlığa buraxılmasını istəyir

Mehman Hüseynov şərti azadlığa buraxılmasını istəyir

2 il müddətinə azadlıqdan məhrum edilmiş bloqer Mehman Hüseynov cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.

Onun sözlərinə görə, ərizə keçən cümə günü Qaradağ Rayon Məhkəməsinə təqdim edilib və 10 gün ərzində baxılmalıdır.

Bloqer Mehman Hüseynov 2017-ci ilin martında Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …