Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri 4 gündür qazsız qalıb.
Qəsəbə sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb. Dünən axşam saatlarından isə işıqlar söndürülüb. Gecə saatlarında bəzi ərazilərə işıq verilsə də, bəzi ərazilər bu saatlara qədər işıqsızdır. Sakinlərin sözlərinə görə, qəsəbədə durum acınacaqlıdır.
Qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar apardığı üçün aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb.