Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Mətbuat Şurası mitinqdə monitorinq apardı

Mətbuat Şurası mitinqdə monitorinq apardı

Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının bu gün Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb.

Moderator.az-a daxil olan məlumata görə, monitorinq zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb.

Monitorinq nəticəsində müəyyənləşdirilib ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Monitorinq qrupu həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçirib.

Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın