Mətbuat Şurası – 15 il…

Mart ayının 15-də Mətbuat Şurasının 15 illik yubileyi qeyd olunacaq. Şuranın 15 illik fəaliyyəti çərçivəsində ölkə mətbuatının inkişafı, medianın nüfuzunun artırılması istiqamətində bir çox işlər görülüb. Martın 10-da keçirilən jurnalistlərin VII qurultayında isə Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib, İdarə Heyətinin yeni tərkibi elan olunub. Eyni zamanda qurultayda gələcəkdə Mətbuat Şurasının atacağı addımlardan, fəaliyyət istiqamətindən bəhs edən qətnamə də qəbul olunub.

Bəs görəsən, Azərbaycan mətbuatının önəmli simaları, media kapitanları 15 illik tarixə malik olan Mətbuat Şurasını necə dəyərləndirirlər? Onun gələcək fəaliyyətindən gözləntilər nədir?

Aydın Quliyev: “Şuranın hələ bundan sonra da Azərbaycan mediasına çox böyük faydaları dəyəcək”

“Yeni Müsavat”ın sualını cavablandıran “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki,  Mətbuat Şurasının 15 illik fəaliyyət yolu həm məzmun etibarilə, həm də zaman etibarilə çox uzun bir yol olub: “Qurultayda sədrin hesabat məruzəsinə əsaslı olaraq məqbul qiymət verildi. Mən də İdarə Heyətinin üzvü olaraq  bunu həm Mətbuat Şurasının ümumi fəaliyyətinə, dəm də İdarə Heyətinin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdim. Mətbuat Şurası  illər ərzində çox böyük nəticələr əldə edib. Azərbaycan mətbuatının, o cümlədən jurnalistlərin nüfuzunun qalxmasında, medianın maddi-texniki təminatının yaxşılaşdırılması üçün müvafiq  instansiyalar qarşısında məsələ qaldırılmasında, medianın, mətbuat orqanlarının dövlət təşkilatları ilə aralarındakı müəyyən konfliktlərin həll olunmasında, media orqanları ilə məhkəmə orqanları arasında münasibətlərin kritik həddə çatmadan həll olunmasında, jurnalistlərin peşəkarlığının artırılmasında, Azərbaycan mediasının beynəlxalq əlaqələrinin qurulmasında, mediamızda dövlətçilik, vətənpərvərlik dəyərlərinin daha da inkişaf etdirilməsində Mətbuat Şurasının çox böyük rolu var. Mətbuat Şurasının fəaliyyəti bundan sonra da bu istiqamətdə davam etməlidir.

Aydın Quliyev ile ilgili görsel sonucu

Şuranın hələ  bundan sonra da Azərbaycan mediasına çox böyük faydaları dəyəcək. Qətnamədə də göstərildiyi kimi, əgər müəyyən yenilikləri həyata keçirə bilsək, Mətbuat Şurası haqqında yeni qanunun qəbul olunması, vahid kartların Mətbuat Şurası tərəfindən verilməsi və başqa bu kimi aktual məsələlərə nail ola bilsək, bu qurumun səmərəli fəaliyyəti üçün daha geniş meydan açılacaq”.

Vüqar Rəhimzadə: “Bu gün Mətbuat Şurası kifayət qədər nüfuzlu bir quruma çevrilib”

Vüqar Rəhimzadə ile ilgili görsel sonucu

 “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də şuranın işinə yüksək dəyər verərək, bu yubileyi bütün jurnalistlərin bayramı kimi dəyərləndirdi: “Mən öncə Mətbuat Şurasının 15 illik yubileyi ilə bağlı jurnalistləri təbrik edirəm. Bu 15 il müddətində şura nəinki mətbuat üçün, həm də cəmiyyət üçün vacib məsələləri gündəmə gətirə bildi, kifayət qədər uğurlu işlərə nail oldu. Azərbaycan Mətbuat Şurası 2003-cü ilin 15 mart tarixində yaranmış qeyri-hökumət təşkilatı ilkin olaraq jurnalist təşkilatı kimi formalaşdı. Bu gün isə artıq kifayət qədər nüfuzlu bir quruma çevrilib. Həm cəmiyyətin, həm jurnalistlərin diqqət mərkəzində olan bir qurum kimi fəaliyyətini qura bilib. Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması yönündə çox uğurlu layihələrə imza atıb. Həmçinin redaksiyaların maddi-texniki bazasının yaxşılaşması istiqamətində xeyli işlər görüb. Beynəlxalq təşkilatlarla əlaqələrin formalaşması istiqamətində uğurlu iş aparıb. Bir neçə gün öncə jurnalistlərin VII qurultayı baş tutdu, yeni tərkib seçildi. Maraq var  və  iş çoxdur ki, Mətbuat Şurasının İdarə Heyətinin say tərkibi də artırıldı. Şura həm cəmiyyətdə, həm jurnalistika mühitində özünə inam yaratmağı bacarıb. Bu həm də onun uğurlu işlərinin göstəricisidir. Mətbuat Şurasına hər il yüzlərlə müraciət daxil olur, bunlar hamısı ədalətli şəkildə araşdırılır. Şuranın qarşıdakı illərdə daha böyük uğurlara imza atması üçün layihələri var. Qurultayda da belə bir fikir səsləndi və mən də onun tərəfdarıyam ki, vahid kart sisteminə keçid baş tutsun. MŞ ilə bağlı hüquqi əsaslara söykənən bir fəaliyyət prinsiplərini formalaşdırmaq  üçün qanunun qəbul olunmasını da dəstəkləyirəm. Bu, ümumilikdə jurnalistikamızın inkişafı üçün önəmli məsələdir. Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, növbəti illərdə daha böyük uğurlara imza atacaq”.

Aynur Camal: “Mediada ictimai tənzimləmə mexanizmlərinin qurulması məhz Mətbuat Şurasının gördüyü işlər sırasına daxildir”

Aynur Camal ile ilgili görsel sonucu

“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camal Mətbuat Şurasının jurnalistikanın inkişafındakı rolunu vurğuladı:“Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu təşkilat yarandığı gündən indiyədək medianın inkişafı, normal fəaliyyəti, jurnalistikanın nüfuzunun daha da artırılması yönündə böyük işlər görüb. Mediada ictimai tənzimləmə mexanizmlərinin qurulması məhz Mətbuat Şurasının gördüyü işlər sırasına daxildir. Xüsusən də jurnalistika adına ciddi ləkə olan ”reket medianın” fəaliyyətinin məhdudlaşdırılması yönündə atılan addımları, aparılan islahatları xüsusi qeyd etmək istəyirəm. Mətbuat Şurası həmişə jurnalist adına iddia edən, əslində isə cinayətlə, insanları şantaj etməklə məşğul olanlara qarşı sərt mövqe sərgiləyib. Azərbaycan mediasının bu cür “jurnalistlərdən, jurnalist vəsiqəsi gəzdirənlərdən” təmizlənməsi üçün ciddi fəaliyyət, iradə ortaya qoyub. Bu baxımdan Mətbuat Şurasının fəaliyyətini uğurlu hesab edirəm. Artıq Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və sədri seçilib. İdarə Heyətinə yeni üzvlər qatılıb. Düşünürəm ki, hörmətli Əflatun Amaşovun sədrliyi altında Şura daha da səmərəli işləyəcək və gözləntiləri doğruldacaq. Çünki həqiqətən də kifayət qədər güclü, potensiallı və təcrübəli komanda formalaşdırılıb. Bu komanda jurnalistlərin 7-ci qurultayında səslənən bütün təkliflər də daxil olmaqla növbəti fəaliyyəti ərzində jurnalistlərin fəaliyyət göstərmək istədikləri bir ortamın yaradılması üçün çalışacaq”.

Elçin Mirzəbəyli: “Mətbuat Şurası medianın maddi-texniki bazasının gücləndirilməsində, xüsusilə də çap mediasının ayaq üstə qalmasında ciddi rol oynayıb”

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Şurasının 15 illik fəaliyyətinə qiymət verərkən, Şuranın nüfuzlu bir quruma çevrildiyini dilə gətirdi: ““Xalq Cəbhəsi” qəzeti  Mətbuat Şurasının təsisçilərindən biridir və bu qurumun sözün əsl mənasında dövlət-media münasibətləri tənzimləyən, ciddi ictimai mexanizmləri olan ciddi bir qurum kimi formalaşmasında ən çox maraqlı  olan tərəflərdən biri də biz olmuşuq. Bu aspektdən hesab edirəm ki, 15 il ərzində Mətbuat Şurası özünü doğruldub və həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm medianın maddi-texniki bazasının gücləndirilməsində, xüsusilə də çap mediasının ayaq üstə qalmasında ciddi rol oynayıb. Mətbuat Şurası və KİVDF bu istiqamətdə birgə tədbirlər həyata keçiriblər. Bu tədbirləri də kifayət qədər uğurlu hesab etmək olar. Həmçinin mediada peşəkarlığın artırılması, ixtisaslaşma ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Bu  gün informasiya-kommunikasiya texnologiyaları inkişaf edir və yeni çağırışlar meydana gəlir. Bu aspektdən Mətbuat Şurası son 5 il ərzində daha çox çağırışlarla qarşı-qarşıya qalıb. Bu istiqamətdə atılan addımları da müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası və onun İdarə heyəti, başda Əflatun Amaşov olmaqla,  kifayət qədər uğurlu fəaliyyət göstəriblər. Bu fəaliyyəti təqdir etmək lazımdır. Yəqin ki, yeni seçilən  heyət də bu istiqamətdə işini davam etdirəcək”.

Zdrave universal kremi zdrave forte