Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Media / “Jurnalistlərə “gömrükçü” adı verilsin”

“Jurnalistlərə “gömrükçü” adı verilsin”

“Media ilə əməkdaşlıq qarşımıza qoyduğumuz  əsas prioritetlərdəndir”.

Bu sözləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlər üçün təşkil olunmuş “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” seminarında deyib.

Sədr bildirib ki, Komitənin əsas məqsədlərindən biri də jurnalistlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində məlumatların iş adamlarına, vətəndaşlara daha doğru formada çatdırılmasıdır: “Mən istərdim ki, bir qrup jurnalist birləşərək sırf bizim dediyimiz vaxtlarda yox, onlar istədiyi anda gömrük idarəsi və dairələrinə səfər etsinlər. İşləri izləyib, özləri qiymət versin. Hətta onlara qısa bir müddətlik “gömrükçü” adı verilə bilər”.

Daha sonra sədr qeyd edib ki, Gömrük Komitəsi il ərzində 5 milyon 400 min insana xidmət edib: “Bu rəqəm kifayət qədər böyükdür. Ancaq biz istəyirik ki, hər şey arzuolunan formada həyata keçirilsin”.

Seminarda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da İran və Gürcüstan sərhəd keçid məntəqələrinə səfərlərin təşkil olunması təklif edib.

Həmçinin oxuyun

Əflatun Amaşov Ramil Usubova müraciət etdi

“Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb. Məsələ ilə bağlı Mətbuat …