Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Jurnalistikada bu cür halların baş verməsi biabırçılıqdır” – Elçin Şıxlı

“Jurnalistikada bu cür halların baş verməsi biabırçılıqdır” – Elçin Şıxlı

“22 iyul Milli Mətbuatın yaranması günüdür. Bayramda da adam adamı təbrik edər. Ancaq bayramda hər hansı redaksiya tortun və yaxud hər hansı hədiyyənin üstündə dava edirsə, bu, ölkədəki jurnalistikanın hansı vəziyyətə düşməsinin göstəricisidir. Yəni, əvvəlki jurnalistikanın səviyyəsindən heçnə qalmayıb”.  

Bu fikirləri Demokrat.Az-a açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

E.Şıxlı deyib ki, jurnalistikada bu cür halların baş verməsi biabırçılıqdır, jurnalistlərin adına xələl gətirir:

“Bilirsiniz, hazırda Azərbaycanda bizim gördüyümüz və yaratdığımız jurnalistikadan heçnə qalmayıb. Baxmayaraq ki, 22 iyul Milli Mətbuat gününü qeyd edirik. Sözün doğrusu, heç bilmirəm ki, təbrik olunası nə isə qalıb. Jurnalistikamızda vəziyyət yaxşı deyil, ən aşğı səviyyəyə düşüb. Həm jurnalistikaya münasibət çox aşağıdır, həm də jurnalistlərin öz səviyyəsi aşağı enib. Çox təəssüf ki, Azərbaycan jurnalistikasında deqradasiya baş verir.
Təbii ki, bütün bunlarla yanaşı çalışqan və vicdanlı juranlistlərimiz də var. Amma çox təəssüf ki, onları səsləri eşidilmir və azlıqda qalıblar. Ən pisi də odur ki, alternativ fikir səsləndirmək çox mürəkkəb olub. Çünki kim boynunu ümumi çərçivədən kənara çıxartmaq istəyirsə, dərhal onun boynunu vururlar. Çox pis vəziyyət formalaşıb. İstənilən halda çalışmalıyıq ki, bu vəziyyət düzəldilsin. Çünki indiki vəziyyət Azərbaycanın informasiya təhlükəsizliyini də təhlükə altına qoyub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …