Jurnalistika niyə vaxtsız ölümlərə səbəb olur…

Masa arxasında iş, hərəkətsizlik və …infarkt?

Son bir neçə ayda Azərbaycan jurnalistikasında yarpaq tökümü yaşanır. Təkcə 3 ay ərzində üç nəfər jurnalistimizi ürək xəstəliyindən itirmişik. Həmçinin fotomüxbir Fuad Həsənov da beyin qansızmasından dünyasını dəyişib. Onların cavan yaşda olması, vaxtsız ölümə tuş gəlməsini də xüsusilə vurğulamaq istəyirik. Və bu statistika istər-istəməz jurnalistikanın “erkən ölüm səbəbkarı olan peşə” kimi xarakterizə olunmasına səbəb olur. Bəli, həmkarlarımız xüsusən də ürək xəstəliyindən vaxtsız dünyasını dəyişməyə başlayır. Səbəb bir qayda olaraq icra etdikləri peşədir, ya buna spesifik hal kimi yanaşmaq lazımdır?

Ümumən dünya üzrə statistika göstərir ki, son on ilin statistikasına görə, dünyada 1000 nəfərdən artıq jurnalist peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib – həlak olub, yaxud da sifarişlə qətlə yetirilib. Ən acınacaqlısı isə odur ki, bu qətllərdən yalnız 10 faizinin səbəbkarları cəzalandırılıb.  Qalan 90 faiz qətlə görə heç kim cəzalandırılmayıb, məsuliyyətə cəlb edilməyib. BJF prezidenti dünya ictimaiyyətini jurnalistikaya qarşı hücumlara reaksiya verməyə çağırıb.

Jurnalist peşəsi dünyanın ən riskli peşələrindən biri hesab olunur. Məsələn, 2012-ci ildə vəzifə başında həlak olan jurnalistlər arasında ölüm hallarının azalmasına baxmayaraq, 2013-cü ildə bu rəqəm bir daha yüksələrək 71-ə çatıb. Bu arada Sərhədsiz Reportyorlar Təşkilatı cari ildə media mənsublarının oğurlanması halının 129% artdığını bildirib. 2013-cü ildə Asiya qitəsində təqribən 4 jurnalist, Yaxın Şərq və Şimali Afrikada isə 23 jurnalist qətlə yetirilib.

Cənubi Amerikada bu rəqəm 12 nəfər olub. 2012-ci ildə isə Cənubi Amerikada öldürülən jurnalistlərin sayı 15 nəfər olmuşdu.

Bu, jurnalistlərin öz əcəli ilə ölmələri faktına aid deyil. Amma ürək xəstəliklərindən əziyyət çəkən və bu səbəbdən dünyasını dəyişən qələm əhli də az deyil. Mütəxəssislər sübut edib ki, jurnalistlərdə ölüm riskini artıran əsas səbəb onların böyük əksəriyyətinin masa arxasındakı fəaliyyəti, yaşadıqları gərginlik və stresslə bağlıdır. Hərəkətsiz həyat bir çox xəstəliklərin, xüsusən də ürək xəstəliklərinin bir nömrəli xəbərçisi, çağırışçısıdır. Üstəgəl, əgər bu cür həyat tərzi keçirənlər siqaret də çəkirlərsə, bu zərərli vərdişlər infarkt və yüksək qan təzyiqinə səbəb olur. Bundan başqa, jurnalistlərin idmana vaxt ayıra bilməməsi də zaman keçdikcə nəfəs darlığı, nəbzdəki artımla müşayiət olunur. Bu da ciddi fəsadlar şəklində özünü göstərir.

Amma bu məsləkdən “əli bala batanlar” da az deyil. Məsələn, CNN teleşirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutur. ABŞ seçkiləri zamanı 24 saat efirdən demək olar düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir.

Journalist ile ilgili görsel sonucu

ABC şirkətinin “Meet the Press” (mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.

CNN telekanalında hər axşam canlı yayında iki saat sürən “Anderson Live” proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika teleməkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.

Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı ildə orta hesabla 36 min dollar kimi göstərilir. Bu isə ayda orta hesabla 3 min dollar deməkdir. Redaktorlar, teleradio şirkətlərində yazarların maaşları 60 min dollar və bundan yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.

Journalist ile ilgili görsel sonucu

2013-cü ildə Amerikada keçirilən bir sorğu nəticəsində məlum olub ki, insanlar üçün ən sevilməyən peşələrin sırasında jurnalistika da var. Odunçu, sağıcı-fermer, orduda sıravi əsgər, teatr aktyoru və poçtalyonla eyni sıraya qoyulan jurnalistikanın qara hərflərlə yazılmasının səbəbi onun riskli və qazancsız olmasıdır. Demək olar ki, bütün bu peşələri cari ildə ixtisar gözləyir. Onların əksəri aşağı və orta əmək haqqı olan sənətlər sırasına daxil olsa da, ağır və əzmkar zəhmət tələb edir.

1990-cı ildən dünyada 1000-dən çox jurnalist öldürülüb. Bu barədə isə ABŞ-dakı Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.  Məlumatda bildirilir ki, öldürülən jurnalistlərin əksəriyyəti siyasi problemləri, muharibələri və korrupsiya məsələlərini işıqlandırarkən həlak olublar. Komitə bildirir ki, jurnalistika getdikcə daha təhlükəli peşəyə çevrilir.

Загрузка...