Ana səhifə / Media / Jurnalist yaşadığı evə girə bilmir: “Qazıntının nə məqsədlə edildiyi məlum deyil”

Jurnalist yaşadığı evə girə bilmir: “Qazıntının nə məqsədlə edildiyi məlum deyil”

Jurnalist Elmira Ağayeva yaşadığı məhəllədə adlarını belə bilmədiyi şəxslərin ətrafı qazıb pis hala salmasından ciddi narahatdır. O, Azinforum.az-a ünvanladığı şikayətdə bildirir ki, 07.04.2015-ci il tarixindən Bakı şəhəri Yasamal rayonu, Xıdır Mustafayev küçəsi qazılmağa başlayıb: “Səbəbi məlum deyil. Guya elektrik “şitləri” dəyişdirilir. Əslində, bu yanlışdır. Çünki elektrik xətləri həmişə olduğu kimi məhəllədə stolbalarda birləşdirilib, heç bir dəyişikliyə də ehtiyac duyulmur. Yeni qazıntının nə məqsədlə edildiyi məlum deyil. Qazılan yerlərə plastik qara borular ( diametri 20-30 sm olan) yerləşdirilir. Özünü mühəndis kimi qələmə verən şəxs adını belə təqdim etmədən işıq çəkdiklərini deyir. Yasamal rayonu Enerji təchizatı və satışı, eyni zamanda Yasamal rayonu Enerji İstismarı idarələrinin rəisləri ilə də danışdım. Rəis İmdad Əhmədov bildirdi ki, bu barədə bizə göstəriş Bakı Şəhər Enerji Təchizatı İdarəsindən verilib. Hazırda vəziyət elədir ki, mən öz yaşadığım evə girə bilmirəm. Onu da qeyd edim ki, bundan öncə də belə hallar su-kanalizasiya sistemləri ilə əlaqədar baş vermişdi. Hal-hazırda yaşadığım məhəllədə yeniləşdirmə adı ilə edilən hərəkətlər böyük problemlər törədir. Əziyyəti isə biz sakinlər çəkirik. Sizdən xahiş edirəm bu məsələyə əncam çəkilməsində mənə köməklik edəsiniz”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın