Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / İTV-nin yeni rəhbəri kimdir? – Bioqrafiya

İTV-nin yeni rəhbəri kimdir? – Bioqrafiya

Bu gün İctimai Televiziyanın (İTV) Yayım Şurasının iclasında İTV-yə Balakişi Qasımov yeni baş direktor seçilib.

Azinforum.az  onun tərcümeyi-halını təqdim edir:

Balakişi Qasımov (Balakişi Ələkbər oğlu Qasımov) 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhər 1 saylı orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

“Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri olub. Gametv.az prodüser mərkəzinin rəhbəri işləyib.

2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub.

“Kim? Harda? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

Qeyd edək ki, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …