Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Media / İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi

İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi

İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi

Məlum olduğu kimi 07 oktyabr 2011-ci il tarixində Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində müəmmalı yanğın hadisəsi baş vermiş və nəticədə jurnalistin 2 azyaşlı övladı yanaraq həyatlarını itirmişlər. Bildirək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır.
Baş verənlərlə bağlı Savash.org-a açıqlama verən Bolgexeber.comsaytının baş redaktoru Vasif Turan cinayət işinə gizli şəkildə xitam verilməsilə barışmayacağını bildirib:
İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi“Mənim çoxsaylı müraciətlərimdən sonra sözügedən cinayət işi araşdırılmaq üçün Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsindən alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsinə verilmişdi. Həmin müddətdə cinayət işinin araşdırılmasını müstəntiq Mehdi Mirzəyev aparıb. İlkin istintaq hərəkəklərindən sonra məsələnin nə yerdə olduğu ilə bağlı maraqlandığımızda bizə hər dəfə narahatlığa səbəb olmadığını, istintaqın davam etdiyini bildiriblər. Bu minvalla üstündən altı ildən çox zaman keçib. Cinayət işinin aqibəti ilə bağlı sonuncu müraciətimdən sonra isə əsl şok yaşadım. Belə ki, mənə cinayət işinin araşadırılmasına hələ 2012-ci ildən xitam verildiyi bildirilib. Maraqlıdır ki, bununla bağlı mənə və vəkilimə heç bir məlumat verilməyib, bizə cinayət işininə xitam verilməsilə bağlı aktı isə təkidli müraciətlərimizdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, həm də təkidlli müraciətlərimdən sonra deyilir?”
Baş redaktor bu hüquqi nonsenslə bağlı bütün müvafiq orqanlara müraciət edəcəyini və məsələnin yenidən obyektiv şəkildə araşdırılmasına çalışacağını bildirib. Bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanladığını bildirən jurnalist məsələnin ədalətli həllinə hələ də ümidvar olduğunu bildirib.
Sonda bildirək ki, jurnalistin evinin yandırılması və nəticədə 2 azyaşlı övladının yanaraq ölməsi ilə bağlı məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.

Savash.org
İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi
İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi
İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət etdi

Həmçinin oxuyun

İsveçdə yaşayan azərbaycanlı jurnalist: “Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir…”

Sevinc İltifatqızı: “Burada rektoru da, akademiki də adı ilə çağırırıq”    Modern.az saytı xaricdə yaşayan …