Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / “İstəyirsiniz, medianın boynuna lap ip keçirin, amma…”

“İstəyirsiniz, medianın boynuna lap ip keçirin, amma…”

Mətbuatda yer alan intihar xəbərlərinin cəmiyyətdə məyusluq doğurduğu, bu cür xəbərlərin həyatında ciddi uğursuzluq yaşayan insanların bir qismini intihara sürüklədiyi ilə bağlı fikirlər mövcuddur. Bəs əslində necə, mediada intiharlarla bağlı informasiyaların sirayətedici təsiri mövcuddurmu? Bu cür xəbərlər bəzi insanlara intiharla üz-üzə gəlmək cəsarəti verirmi?

Moderator.az -a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu qənaəti bölüşmədiyini bildirib:

“Bu cür fikirlər zaman-zaman səslənir. Lakin hesab edirəm ki, intiharların artmasına səbəb bu xəbərlərin medaida işıqlandırılması yox, cəmiyyətdəki ümidsizlik mühitidir. Bu problem mediadan qaynaqlansaydı, bunu həll etməyə nə var idi ki… Dünyanın heç bir ölkəsində mediada yer alan intihar xəbərləri intihara təhrik, yaxud səbəb kimi dəyərləndirilmir. Media bu gün ancaq gözəllikdən yazsa da, cəmiyyəti bununla gözəlləşdirmək mümkün deyil. İşsizlik, sosial-iqtisadi problemlər cəmiyyətdəki ümidsizliyin, intiharların əsas səbəblərindən biridir. Bunlar öz həllini tapmasa, medianın boynuna ip də keçirsələr, intiharların sayını azaltmq mümkün olmayacaq. Bütün dünyada olduğu kimi, ölkəmizdə də medianın əsas gücünü televiziyalar təşkil edir. Televiziyalarda bir dənə də olsun intihar faktı görə bilmrəsiniz. Bəs necə ola bilər ki, 4-5 qəzet və ya sayt intihar xəbərlərinə yer verməklə ölkədə intiharların sayını artırsın? Bu fakt bir daha sübut edir ki, bu məsələdə medianı ittiham etmək əsassızdır”.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …