Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Instagram” və “Facebook”da yeni funksiya

“Instagram” və “Facebook”da yeni funksiya

“Instagram” və “Facebook” sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.
Xarici KİV-lərin yaydığı məlumata görə, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. “Instagram” və “Facebook”un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan “Tənzimləmələr” bölməsində “Instagram”da “Sizin fəaliyyət”, “Facebook”da isə “Sizin “Facebook”da vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək.

Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər. Həmçinin istifadəçilər qabaqcadan qoyduqları limiti keçdikdə xəbərdarlıq alacaqlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …