Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Media / “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

Azərbaycanın “İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur.

“Report”un xəbərinə görə, qanunun 30-cu (İnformasiyanın açıqlanması üsulları) maddəsinə edilən əlavəyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcədənkənar dövlət fondlarının səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsait və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

İsveçdə yaşayan azərbaycanlı jurnalist: “Bakıda çoxları elə bilir ki, burda pul xəzəl kimidir…”

Sevinc İltifatqızı: “Burada rektoru da, akademiki də adı ilə çağırırıq”    Modern.az saytı xaricdə yaşayan …