Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Imişlidə Sabir adına «bataqlıq» – FOTOLAR

Imişlidə Sabir adına «bataqlıq» – FOTOLAR

 

Rayonun mərkəzindəki mənzərə biabırçılığın nümunəsidir, icra başçısının başı isə başqa işlərə qarışıb

Azərbaycanda hər bir rayona milyonlarla manat vəsait ayrılır. Ki, icra başçıları tenderlər keçirərək, abadlıq işləri aparsınlar. Di gəl, icra başçıları bu işləri ya baş-ayaq görürlər, ya da daha çox pul qazanmaq yarışına giriblər.

İmişlidə də vəziyyət dəyişməzdir. Rayonun icra başçısı Vilyam Hacıyev abadlıq əvəzinə, İmişlini viran qoymaqla məşğuldur. Bir müddət əvvəl rayonun mərkəzindəki yaşıllıqları məhv edərək, yerində ticarət obyektləri tikidirmək üçün addım atmaqla gündəmə gələn rayon rəhbərinin adı sonradan Şəhidlər Xiyabanını satmaq qalmaqalına qarışmışdı.

Bu dəfə isə ortaya çıxan fotolar rayonun mərkəzindəki parkın vəziyyətini göstərir. Şəkillərdə görünən ərazi İmişli rayonundakı Sabir adına parkdır. Burada vəziyyət o qədər acınacaqlıdır ki, maşınlar belə keçə bilmirlər. Hətta gündə bir neçə avtomobil bataqlığa düşdüyü üçün insanların yardımı ilə oradan çıxarılır.

Rayon camaatı isə deyir ki, icra başçısı Vilyam Hacıyev bu yerləri görmür. Çünki başı başqa işlərə qarışıb. Daha doğrusu, onun belə «xırda işlərə» baş qoşmağa vaxtı yoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın