Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / İcra başçısı jurnalisti həbs etdirmək istəyir

İcra başçısı jurnalisti həbs etdirmək istəyir

Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev “DoğruXeber.az” İnformasiya Agentliyinin rəhbəri Kamal Əsgərovu xüsusi ittiham qaydasında məhkəməyə verib onun həbs edilməsini tələb edir. Məhkəməyə verilən jurnalist keçirdiyi mətbuat konfransında bildirib ki,  Ağsudan gələn şikayət əsasında  həmin rayona ezam olub. O, müraciət edən rayon sakinləri ilə görüşüb, şikayətləri ilə tanış olub. Sakinlər Ağsunun icra başçısı Ə.Seydəliyevin fəaliyyətindən narazılıq ediblər. Şikayətçilərdən biri Oruclu Adil Aydın oğlu videomüsahibəsində Ə.Seydəliyevin 80 minlik kafesini sökdürdüyünü və əvəzində 1000 manat verdiyini açıqlayıb:”Mən KİV haqqında Qanunun tələbinə uyğun olaraq və jurnalistikanın peşəkarlıq prinsiplərinə riayət edərək, RİH başçısının mövqeyini öyrənməyə cəhd göstərdim. Polis icra hakimiyyətinin məsul şəxslərindən kiminləsə əlaqə saxladıqdan sonra icra başçısını açıqlama verməyə vaxtı olmadığını bildirdi”.

Bundan sonra şikayətçilərin RİH-nin qarşısındakı fotolarını çəkən jurnalist süjeti Dogruxeber.az-da yayıb və rayon rəhbərliyinin mövqeyini dərc etməyə hazır olduğnu bir daha xatırladıb.

Amma icra başçısı əvəzində heç bir  fikir bildirmədən şikayətçi A.Oruclunu və jurnalist K.Əsgərovu məhkəməyə verib.

Məhkəməyə verilən baş redaktor bizimlə söhbətində bildirdi ki, KİV-ə qarşı məhkəmə iddiası qaldırmaq ən son variant sayılır: “Yaxşı olardı ki, icra başçısı qanunvericiliyin imkan verdiyi daha yüngül vasitələrdən istifadə edərdi. Əgər həmin səylər fayda verməsəydi, onda onun bu addımını normal qarşılamaq olardı. İndiki halda isə mən bunu söz azadlığına  təzyiq kimi dəyərləndirirəm”.

Azinforum.az olaraq mövzu ilə bağlı Ağsu rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik. İcra hakimiyyətinin rəsmi saytında qeyd olunan telefon  nömrələrinə etdiyimiz zənglərə cavab verən   məmurlardan heç biri bu mövzuya şərh vermək istəmədi.

Çinarə Seyidova,

Azinforum.az

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …