Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Habil Vəliyevin zərəçəkənləri niyə şikayətlərindən imtina edirlər?-MƏHKƏMƏ

Habil Vəliyevin zərəçəkənləri niyə şikayətlərindən imtina edirlər?-MƏHKƏMƏ

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com zəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Rafiq Rəsulov ifadə verib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib.

Zərərçəkmiş bildirib ki, Hacıqabulda əmisi oğlu ilə aralarında obyekt üstündə mübahisə olub. Qohumu “Gündəlik Bakı” qəzetində onu biabır edəcəyini deyib: “Mən də maraqlandım ki, bu qəzet kimindir. Məlum oldu ki, Habil Vəliyevindir”.

Zərərçəkmiş bildirib ki, onun sənədləri qaydasında olub: “Habil Vəliyevin otağına daxil olanda masasının üstündə sənədlər var idi. Dedi ki, sizin işlər, alqı-satqı saxtadır. Sənədi aidiyyəti qurumlara göndərəcəyini söylədi, 10 min dollar istədi. Onunla razılaşmadım. Tanışım Rabillə getmişdik. Rabilə dedim ki, min dollar verə bilərəm. Rabilə 700 manata yaxın pul verdim ki, Habil Vəliyevə versin”.

Habil Vəliyev isə zərərçəkmişi tanımadığını bildirib.

Digər zərərçəkmiş, Laçın Rayon İcra Hakimiyyərinin sabiq icra başçısı Ramiz Cəbrayılov qeyd edib ki, Habil Vəliyevlə heç bir tanışlığı yoxdur. O, Habil Vəliyevdən şikayətçi olmadığını deyib: “Mənə 15 min manat mənəvi zərər dəyib. Qəpiyinə qədər ödənilib”.

Zərərçəkmiş qismində ifadə verən Tofiq Abbasov bildirib ki, Təhsil Nazirliyinin əməkdaşı olub, Habil Vəliyev onunla bağlı şantaj xarakterli yazılar yazacağını deyib və ondan pul tələb edib.

Tofiq Abbasov Habil Vəliyevə 500 manat verdiyini söyləyib. Zərərçəkmiş 500 manatının ödənildiyini və şikayətinin olmadığını əlavə edib.

Növbəti proses yanvarın 18-də davam edəcək.

İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.

Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.

Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …