Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Facebook” şirkəti qalmaqal səbəbindən 5 milyard dollar itirib

“Facebook” şirkəti qalmaqal səbəbindən 5 milyard dollar itirib

“Facebook”un təsisçisi olan Mark Sukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.

Report xəbər verir ki, bu barədə martın 19-da “Forbes” jurnalı yazıb.

Bazar günü keçirilən hərraclar zamanı “Facebook” 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.

Qalmaqal martın 17-də baş verib. “The New York Times” nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı “Cambridge Analitica” firması qanunsuz olaraq “Facebook”un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …