Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Elxan Şükürlü Prokurorluğa çağrılıb

Elxan Şükürlü Prokurorluğa çağrılıb

“Strateq.az” saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb.

“AzPolitika.info”ya açıqlamasında E.Şükürlü deyib ki, çağrılmasına səbəb 2017-ci ildə rəhbərlik etdiyi saytda digər informasiya resurslarına istinadla getmiş bir yazı olub.

E. Şükürlü istintaq sirrini yaymamaq üçün söhbətin hansı yazıdan və saytlardan getdiyi barədə hər hansı açıqlama verməyib. Qısaca bildirib ki, ondan ifadəni Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Emil Murğuzov alıb.

E.Şükürlü dindirmə zamanı hər hansı təzyiqlə üzləşmədiyini də vurğulayıb:“Əksinə, xoş münasibət və rəftarın şahidi oldum. Müstəntiq saytları izləyən, mədəniyyətli və kübar bir gənc idi. Onlar öz işlərini görməlidir, biz də öz işimizi. Məsələ ilə bağlı əvvəllər də xeyli baş redaktor çağrılıb və ifadələri alınıb”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …