Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Elçin Mirzəbəyli Xəzər TV-də

Elçin Mirzəbəyli Xəzər TV-də

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Xəzər Televiziyasında müəllif proqramı ilə çıxış etməyə başlayıb.

“Yeni Müsavat”ın məlumatına görə, “Xəzər-Aktual” adlı, qonaqlarla, ekspertlərlə birlikdə hazırlanan tok-şou həftədə 5 dəfə, saat 23.00-da efirdə olacaq. Xəzər TV-nin layihəsi olan tok-şounun artıq iki buraxılışı efirə verilib. Ekspertlərin  ölkənin bütün spektrini əhatə edəcəyi bildirilir. Ancaq verilişdə daha çox peşəkarlar yer alacaq. Çünki mövzuların peşəkar müstəvidə müzakirəsi nəzərdə tutulub. Məlumata görə, layihənin üzərində bütün Xəzər TV-nin komandası çalışır, E.Mirzəbəyli də komandanın üzvlərindən biridir.

Mətbuat nümayəndələrinin dəyərli dostlarından olan Elçin bəyə uğurlar arzulayırıq!

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …