Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin aparıcısı olduğu “Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.
Elçin Əlibəyli xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb. Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV-nin və layihənin sahibi “Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər. (Metbuat.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …