Cümə , Yanvar 18 2019
Ana səhifə / Media / “Ekspress” qəzeti bağlanır

“Ekspress” qəzeti bağlanır

Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet olan “Ekspress” fəaliyyətini dayandırır. “Qafqazinfo” xəbər verir ki, qəzet artıq iki gündür ki, nəşr olunmur. Buna səbəb kimi maliyyə problemlərinin olması, qəzetin əsas sponsoru “Nurgun Motors”un maliyyələşməni dayandırmaqla bağlı qərarıdır. Məlumatlara görə, artıq uzun müddətdir ki, zəif fəaliyyət göstərən mətbu orqanın yaxın günlərdə tamamilə dayandırılacağı ilə bağlı kollektivə də məlumat verilib.

“Qafqazinfo” məsələ ilə əlaqədar qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb.

O bildirib ki, texniki problemlərə görə, qəzet iki gündür ki, nəşr olunmur: “İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərar veriləcək”.

Xatırladaq ki, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov da bir müddət əvvəl təsisçilər tərəfindən vəzifəsindən azad olunub.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə…

Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı dərc edilən tənqidi yazıya görə, 3 gündür hədə-qorxu, …