Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / DYP Şəkidə reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTO

DYP Şəkidə reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTO

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

YPX-nin inspektoru Tural Niftaliyev “Report”a bildirib ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilib.

Üç saatdan çox davam edən reyd zamanı ümumilikdə yüzdən artıq avtomobil saxlanılıb. Reydlərin gələn ilin yanvar ayının 6-na qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulur.










Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın