Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Doğum evlərində hamiləlik ağırlaşması halları yoxlanacaq

Doğum evlərində hamiləlik ağırlaşması halları yoxlanacaq

Azərbaycanda doğuşayardım müəssisələrində kritik hadisələrin auditini keçirmək üçün tədbirlər planlaşdırılır. “Near-Miss Case Review” metodikasının Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər. Nazirlikdən deyiblər ki, ana və uşaq ölümlərinin sayı azalsa da hamiləlik zamanı ağırlaşmalar qeydə alınır. İnkişaf etmiş ölkələrdə hamiləlik ağırlaşmalarının araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Near-Miss Case Review” (“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi”) metodikası tətbiq olunur.

Səhiyyə Nazirliyi də hamiəlik ağırlaşmalarının araşdırılması üçün tədbir keçirib. İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası ilə birgə seminat keçirilib.

Tədbirdə Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğum evləri, eləcə də xəstəxanalarının doğum şöbələrinin rəhbərləri və multidistiplinar komandaları iştirak ediblər.

Seminarda səhiyyə müəssisələrində mamalıq praktikasında kritik hadisələrin təhlili aparılıb. Həmçinin metodikanın pilot tətbiqinin nəticələri təqdim edilib.

“Near-Miss Case Review” metodikasının Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi planlaşdırılır.

Layihə Səhiyyə Nazirliyinin 2 sentyabr, 2014-cü il tarixli, 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın