Şənbə , Fevral 16 2019
Ana səhifə / Media / Diaspor komitəsinin sədri KİV rəhbərləri ilə görüşdü

Diaspor komitəsinin sədri KİV rəhbərləri ilə görüşdü

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkənin aparıcı media qurumlarının rəhbərləri ilə bir araya gəlib.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, tanışlıq ziyafəti əsnasında komitə sədri rəhbərlik etdiyi strukturun fəaliyyətinin media ilə koordinasiyalı təşkil olunmasında maraqlı olduğunu bildirib.

Görüşdə iştirak edən media qurumlarının rəhbərləri dövlət strukturlarının mediaya açıq olmasının hər zaman ümumi işin xeyrinə olduğunu qeyd ediblər. Xüsusilə də diaspor təşkilatları ilə bağlı fəaliyyətdə bu cür əməkdaşlıqların faydalı olduğu qeyd olunub.

 

Həmçinin oxuyun

Vahid Mustafayev ANS-in açılmasından danışdı: “Yayıma tam hazırıq”

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev telekanalın fəaliyyətinin bərpa olub-olunmaması perspektivi barədə danışıb. O Gununsesi.org-a açıqlamasında …