Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Media / Deputat saytlara bir milyon ayrılmasını təklif etdi: “Hazırda onlayn mediada reklam yoxdur…”

Deputat saytlara bir milyon ayrılmasını təklif etdi: “Hazırda onlayn mediada reklam yoxdur…”

“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”.
Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O qeyd edib ki, onlayn media dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.
VIPedu.BIZ

Həmçinin oxuyun

MTRŞ əhalini qıcıqlandıran verilişlərin adını hesabata salıb

“Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas …