Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bu bina dənizin ortasında tikilir- Bakıda

Bu bina dənizin ortasında tikilir- Bakıda

Bakı bulvarının ərazisində, köhnə “Sadko” kafesinin yerində inşa olunan tikilinin gənclər mərkəzi olduğu məlum olub.

 Azinforum.az ” lent.az-a istinadən xəbər verir ki, ilkin olaraq “Caspian Sea Water Pavilion” adlı layihə gənclər mərkəzi kimi nəzərdə tutulub və Nazirlər Kabineti Yanında Dənizkənarı Bulvar İdarəsinin sifarişi ilə inşa olunur. Artıq tikinti işinin xeyli hissəsi geridə qalıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov  bildirib ki, məlumatsız olduğundan layihə ilə bağlı suallara ətraflı cavab verə bilmir.
Qeyd edək ki, burada köhnə “Sadko” kafesinin bərpa ediləcəyi və yeni layihə əsasında tikiləcəyi bildirilirdi. Lakin sonradan ərazidə quraşdırılmış və səkkiz guşəli ulduza bənzəyən estakadalar sökülərək yeni layihəyə uyğunlaşdırıldı.
Tikilməkdə olan mərkəzdə istirahət və əyləncə, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün istifadə etmək mümkün olacaq.
Onu da qeyd edək ki, həmin ərazidə şahmat mərkəzinin tikiləcəyi ilə bağlı xəbərlər də yayılmışdı.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın