Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Birinci sinifə qəbul qalmaqalı – Binəqədidə

Birinci sinifə qəbul qalmaqalı – Binəqədidə

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Xəlilov Rasim “Qafqazinfo”ya müraciət edib.

O övladının qəsəbədə yerləşən 299 nömrəli məktəbə qəbul edilməməsindən narazıdır: “Oğlum Xəlilov Muradı qəbul günündə məktəbin direktoru sorğu edib və ondan razı qalıb. Sonradan isə direktor qeydiyyat məsələsinə görə uşağa məktəbə götürə bilməyəcəyini dedi. Halbuki biz Biləcəri bələdiyyəsindən arayışı da məktəbə təqdim etmişik”.

Qafqazinfo” məsələ ilə bağlı 299 nömrəli məktəbin direktoru Solmaz Kazımova ilə əlaqə saxlayıb. O bildirib ki, adıçəkilən valideynin bələdiyyədən arayışı ola bilər: “Amma biz məktəbə yaxın ərazilərdə yaşayan uşaqları birinci sinifə qəbul edirik. Digər qəbuledilmə şərti isə, ailələrin digər övladlarının əvvəllər bu məktəbdə oxumasıdır. 400 nəfər imtahan verib.Onların arasından 144 nəfər seçilib. Bizim 400 nəfəri qəbul etməyə imkanımız yoxdur. Qəsəbədə başqa məktəblər də var. Valideynlər o məktəblərə müraciət edə bilər”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın