Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Bir zənglə səni bu kameraların önündən götürdərəm” – Video

“Bir zənglə səni bu kameraların önündən götürdərəm” – Video

“ARB” telekanalında yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.
Aparıcısı Rövşanə olan verilişdə qonaq qismində ekstrasens Bayram Nurlu və digər ekspertlər arasında söz davası yaşanıb.
Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekspertlər barədə söhbət açmasından sonra özündən çıxan Bayram “sizsiniz fırıldaqçı”- deyərək ekspertlə davaya başlayıb.
Bayram həmçinin bildirib ki, o şərəf və ləyaqətini 100 min manata siğortaladıb.
“Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm” sözləri ilə o Aydınxan Əbilovu təhdid edib.
Kulturoloq da ekstrasensə “Mən sənin üçün uşaq olmamışam, ay gədə”- deyərək cavab verib.
Aparıcının efirdəki qonaqları sakitləşdirmək cəhdlərinə baxmayaraq Bayram Nurlu verilişin texniki heyətinə “telefonumu verin, polisə zəng edəcəyəm” – deyə, səsini yüksəldib.
Mübahisələrə qoşulmamağa çalışan parapsixoterapist Qalib Dursun sakitcə efiri tərk edib.
Həmçinin, Bayram “gədə” sözünə görə Əbilovu məhkəməyə verəcəyini bildirib.(minval.info)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …