Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bir qrup jurnalist Mehman Hüseynovun anası ilə görüşə buraxılmasını xahiş edib

Bir qrup jurnalist Mehman Hüseynovun anası ilə görüşə buraxılmasını xahiş edib

Jurnalistlər xahişlərini Penitensiar Xidmətin rəhbərliyinə çatdırıb
İyulun 30-da bir qrup jurnalist və hüquq müdafiəçisi həbsdə olan bloger Mehman Hüseynovun ağır xəstə olan anası Firəngiz Hüseynova ilə görüşünə icazə verilməsi xahişi ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmək məqsədi ilə bu qurumda olub. Jurnalistləri Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qəbul edib. Mehman Sadıqov jurnalistlərin xahişini dinlədikdən sonra Penitensiar Xidmətə Mehman Hüseynovun vəkilinin də müraciət etdiyini deyib və Ədliyyə Nazirliyinə də müraciət etməyi məsləhət görüb. Bundan sonra jurnalistlər ədliyyə nazirinə və Penitensiar Xidmətin rəisinə teleqramla müraciət edib.

İyulun 15-də Mehman Hüseynovun anası ürək tutması ilə xəstəxananın reanimiasiya şöbəsinə yerləşdirlib və süni nəfəs aparatına qoşulub. Həkimlər Firəngiz Hüseynovanın sağlamlıq durumunu ağır qiymətləndirir. Mehman Hüseynovun vəkillərinin onun anası ilə görüş üçün həbsxanadan müvəqqəti buraxılması üçün iyulun 18-də Penitensiar Xidmətə etdiyi müraciətə hələ də cavab verilməyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Bu sujetlər geniş müzakirlərlə yol açıb və yüz minlərlə insan baxıb.

O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …