Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bir gecənin içində qəbirlər yoxa çıxıb – VİDEO

Bir gecənin içində qəbirlər yoxa çıxıb – VİDEO

Şamaxıda yerləşən qəbiristanlıqda köhnə qəbirlər bir gecənin içərisində yoxa çıxıb.
ARB ŞƏKİ xəbər veri ki, baş vermiş hadisədən xəbər tutan insanlar çox narahatdır.
Zakir Abbasov – Şikayətçi: “Sözlə ifadə edə bilmirəm, ürək ağrısı çəkirəm. Ona görə ki, tarixi abidələrimiz, nənələrimizin, babalarımızın qəbirləri dağıdılıb”.
Hazırda 15-ə yaxın qəbirdən əsər-əlamət qalmayıb. Ərazidən götürülən daşlar başqa bir ərazidə yerləşdirilib. Bəziləri isə toplu şəkildə bir araya yığılıb.
Zakir Abbasov – Şikayətçi: “Belə getsə gəlib görəcəm ki, atamın da qəbiri yoxdur. Bunu heç düşmən də etməz”.
Qəbir daşlarının götürüldüyü yerdə isə inşaat işlərinə başlanılıb. Məlumata görə, həmin ərazidə yeni qəbir yerləri hazırlanır. Tikinti işi aparan şəxslə də əlaqə saxladıq. Həmin şəxsin sözlərinə görə, ailəsi üzvləri üçün yeni qəbir yeri götürüb və həmin zaman ərazi onsuz da boş olub. O ki, qaldı qəbir daşlarının götürülməsinə bu cür hörmətsizliyə yol vermədiyini iddia edir.
Əraziyə nəzarət edən Şamaxı bələdiyəsindən sözügedən hadisədən xəbərdar olduqlarını bildirdilər. Şamaxı bələdiyyəsinin işçiləri və Şamaxı Rayon İcra Başçısnın Şəhər nümayəndəliyi ilə birlikdə əraziyə baxış keçirilib və tikinti dayandırılıb.
Hazırda hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın