Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Baş redaktor Natiq Qocaman hələ də komadadır – Həyat yoldaşı danışdı

Baş redaktor Natiq Qocaman hələ də komadadır – Həyat yoldaşı danışdı

“Durumu nə irəli, nə də geri gedir”.

Tanınmış jurnalist, “Oxu Məni” qəzetinin baş redaktoru Natiq Qocaman bir həftədir ki, komadadır.

Jurnalistin həyat yoldaşı Könül Aypara AzNews.az-a dedi ki, Natiq Qocaman 3 gün əvvəl Mərkəzi Klinik Xəstəxanada beyin əməliyyatı olunub, lakin hələ də komadan ayılmayıb:

“Bu gün Neyrocərrahiyyədən həkim gəlib baxdı. Vəziyyəti ağır olaraq qalıb, nə irəliyə gediş var, nə də geriyə. Həkim deyir ki, bu cür insultdan sonra komadan ayılması üçün vaxt lazımdır. Bu gün bir həftədir ki, Natiq koma vəziyyətindədir”.

Xatırladaq ki, Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə xəstəxanaya aparılıb, bir neçə saat sonra isə komaya düşüb. Hazırda Mərkəzi Klinik Xəstəxanadadır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …