Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda “Xruşşovka”lar da söküləcək

Bakıda “Xruşşovka”lar da söküləcək

İnsan həyatına təhlükə yaradan və şəhər görüntüsünə ciddi xələl gətirən “xruşşovka” tipli binalar müəyyən müddətdən sonra sökülə bilər.

“ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.

Hazırlanan pilot layihələrdən danışan İ.İsbatov bildirib ki, binaların sökülməsi ilə bağlı pilot layihələrin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasıdır. Ikinci bir vacib məqsəd isə – həmin binaların şəhər görüntüsünə xələl gətirməsinin qarşısını almaqdır.

İ.İsbatovun sözlərinə görə, sökülməsi nəzərdə tutulan əsas tikililər – 1-2 mərtəbəli evlərdır. “Xruşşovka” tipli binalar da müəyyən müddətdən sonra sökülə bilər. Lakin ilk növbədə azmərtəbəli binalardan başlamaq lazımdır.

İ.İsbatov qeyd edib ki, hazırda bu pilot layihələr çərçivəsində Bakının Sabunçu, Binəqədi, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında söküntü işləri aparılır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın