Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Media / Bakıda redaksiyaya hücum edənlər tutuldu (VİDEO)

Bakıda redaksiyaya hücum edənlər tutuldu (VİDEO)

“Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisinin naməlum şəxslər tərəfindən qarət edilməsi faktının üstü açılıb. 
Bu barədə REAL-a qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.
Hadisə oktyabrın 12-nə keçən gecə baş verib. Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı polis şöbəsinə məlumat verilib, araşdırmalara başlanılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili İşlər Naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürülməsini xahiş edib.
Noyabrın 3-də baş redaktora Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən zəng gəlib və hadisənin törədilməsində şübhəli bilinən üç nəfərin saxlanıldığı barədə məlumat verilib. Saxlanılan şəxslər hadisə yerinə gətiriliblər və müvafiq istintaq hərəkətləri aparılıb. Baş redaktorun sözlərinə görə, saxlanılan şəxslərin 14, 21 və 23 yaşı var.
Qeyd edək ki, qarət nəticəsində redaksiyaya 800 manatlıq ziyan dəyib.


VIPedu.BIZ

Həmçinin oxuyun

MTRŞ əhalini qıcıqlandıran verilişlərin adını hesabata salıb

“Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas …