Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Bakı Dövlət Sirki niyə təmir olunmur?

Bakı Dövlət Sirki niyə təmir olunmur?

Sirkin binasının təmiri məsələsi dövlətin xüsusi diqqətindədir.

Bu sözləri Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Axar.az-a danışarkən deyib. O, Bakıda demək olar ki, bütün mədəniyyət ocaqlarının yüksək səviyyədə təmir olunmasına baxmayaraq, indiyə qədər sirkin binasının diqqətdən yayınmasına aydınlıq gətirib:

“Yaxın zamanlarda sirkin təmirə bağlanması gözlənilir. Hətta deyim ki, təmirdən sonra bizim sirkimiz regionda ən yaxşı sirk binası olacaq”.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə də Bakı Dövlət Sirkinin yaxın gələcəkdə təmir olunması nazirliyin planları arasındadır.

Xatırladaq ki, 2015-ci ilin aprelində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakı sirki üçün yeni bina tikiləcəyi barədə məlumat vermişdi. Nazir qeyd etmişdi ki, yeni binanın inşası ilə bağlı bir neçə layihə hazırdır: “Sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır. Yəqin ki, yaxın illərdə bu məsələ də öz müsbət həllini tapacaq”.

Ötən ilin sentyabr ayında da Mədəniyyə və Turizm Nazirliyindən verilən rəsmi açıqlamada yeni sirk binası üçün torpaq ayrılması istiqamətində işlərin davam etdiyi vurğulanmışdı.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın