Ana səhifə / Media / Azərbaycanda prodakşn rəhbəri yarım milyon “atıb” xaricə qaçdı

Azərbaycanda prodakşn rəhbəri yarım milyon “atıb” xaricə qaçdı

Azərbaycanda prodakşn rəhbəri insanları aldadaraq 500 min manatdan çox pul yığaraq ölkəni tərk edib.
Unikal.org-a müraciət edən Aysel Səlimli və digər zərərçəkmişlərin verdiyi məlumata görə, “Elif Media” adlı prodakşının rəhbəri olmuş Vüqar Ağayev 2017-ci ildən etibarən insanlardan işə düzəltmək adı ilə dövlət rüsumu bəhanəsiylə müxtəlif məbləğlərdə pul alıb. Adıçəkilən şəxs zərərçəkmişləri əsasən “Space” Televiziyasına işə düzəldəcəyini bildirib. O, 1000 manatdan 30 000 manata qədər müxtəlif məbləğdə pullar alıb və heç kimi işə düzəltməyib.
Bundan əlavə, Vüqar Ağayev bəzilərinə saxta mənzil satıb, bəzilərinin adına kompyuter, telefon kreditə götürərək satıb pullarını mənimsəyib. Vüqar Ağayev 19.07.2018 tarixində ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı təxmin edilir. Təxmini hesablamalara görə zərərçəkmişlərdən 500 min manatdan çox pul alıb. Həmçinin, Vüqar Ağayev sahibi olduğu prodakşının 20-dən çox işçisindən müxtəlif adlarla pul yığdığı bildirilir.
Onun “Space” televiziyasının bəzi əməkdaşları ilə əlbir olduğunu qeyd edən zərərçəkmişlər etirazlarını bildirmək üçün adıçəkilən kanala gedərək, etirazlarını bildiriblər. Bundan başqa, zərərçəkmişlər Yasamal rayonu 26-cı polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar.
Qeyd edək ki, Vüqar Ağayev “Space” telekanalında yayımlanan “İşimiz var”, “Yerimdəyəm” və “Prime Shok” verilişlərinin layihə rəhbəri olub.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …