Ana səhifə / Media / “Azərbaycanda 13 ildə 3 min məktəb tikilib” – Nazir

“Azərbaycanda 13 ildə 3 min məktəb tikilib” – Nazir

Prezident İlham Əliyev tərəfindən aparılan islahatların, qəbul olunan bütün dövlət proqramlarının, icra olunan layihələrin əsas hədəfi məhz vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir. Onun sözlərinə görə, prezidentin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin ciddi şəkildə – 4,9 faizədək azaldılmasına səbəb olub:

“Görülmüş işlərin nəticəsidir ki, son 13 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə, orta aylıq pensiyalar 10 dəfədən çox artıb. Qeyd olunan dövrdə əhalinin orta aylıq əməkhaqqı 6 dəfədən çox artaraq 466,9 manata çatdırılıb. 2016-cı ilin yanvar-noyabr ayları ərzində isə orta aylıq əməkhaqqı 490,5 manat təşkil edib. Qeyd edilməlidir ki, 2017-ci il üçün ehtiyac meyarının həddi 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılıb. Gələn il üçün yaşayış minumumu isə 155 manat proqnozlaşdırılır”.

Nazir əlavə edib ki, əhalinin sosial müdafiəsi, sosial layihələrin reallaşdırılması, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb: “Ötən 13 ildə 600-dən çox səhiyyə müəssisəsi, 3 minə yaxın məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, orta təhsil müəssisələrinin yarıdan çoxu yenilənib. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının tapşırığına uyğun olaraq sosial layihələrin icrası davam etdirilir”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın