Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Media / Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

“Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə o, özü “Feysbuk” sosial şəbəkəsində məlumat verib.

Musavat.com onun səhifəsinə istinadla bildirir ki, P.Həşmli Gürcüstana getməsinin səbəbini atasını qonşu ölkəyə tibbi müayinəyə aparması ilə izah edib.

P.Həşimli yazıb: “Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5 -i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.

Butün bunlar azmış kimi ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar.

Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm”.

P.Həşimli statusunun sonunda yazıb ki, prokurorluğun bu dəfə ona qarşı ədalətli olacağına inanır.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Time” jurnalı ilin adamının adını açıqladı

Amerikanın “Time” jurnalı ilin adamı nominasiyasının qalibinin adını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ilin adamı …