Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Media / APA TV-nin rəhbərliyindən gedən jurnalist nazirlikdə işə düzəldi

APA TV-nin rəhbərliyindən gedən jurnalist nazirlikdə işə düzəldi

Bu gün APA TV-nin baş direktoru vəzifəsindən ayrılan Vüqar Hüseynova yeni vəzifə verilib.

Yaxınlarının BakuPost-a verdiyi məlumata görə, V. Hüseynov Kənd Təsərrüfatı Nazirliyində işə düzəlib. Onun gələn həftədən işə başlayacağı bildirilir.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı V. Hüseynovun özü ilə əlaqə saxlayıb. Keçmiş baş direktor məsələ ilə bağlı açıqlama vermək istəmədiyini deyib və nazirliklə əlaqə saxlamağımızı tövsiyə edib.

Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

VIPedu.BIZ

Həmçinin oxuyun

Onlar Facebook-da kimləri izləyirlər…

osial şəbəkələrdə aktiv olan hər kəsin izlədiyi hansısa istifadəçilər var. Tanınmış şəxslərin, jurnalistlərin, ekspertlərin, yazıçıların …