Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq – 8 ilədək azadlıqdan məhrum edilə bilər

Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq – 8 ilədək azadlıqdan məhrum edilə bilər

“Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb.

Azinforum.az-ın  xəbərinə görə, bu haqda Anar Məmmədov sosial şəbəkədəki səhifəsində məlumat verib: “Mənim barəmdəki cinayət işinin istintaqı başa çatdı. Dekabrın 11-də vəkilimlə birlikdə ittiham aktı ilə tanış olacağıq”.

Dekabrın 12-də A.Məmmədov vəkili ilə birlikdə ittiham aktı ilə tanış olub. Jurnalistin vəkili tanışlıq mərhələsində bəzi vəsatətlər verib. Vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olsa da, rədd edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləyərsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Belə ki, Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Xatırladaq ki, iyulun 12-də A.Məmmədovun həyat yoldaşı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilib. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com saytına girişə məhdudiyyət qoyulub.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …